...

Prezident: "Azərbaycan gənc, sağlam və vətənpərvər gənc nəslə ehtiyac duyur"

Siyasət Materials 30 May 2007 12:22 (UTC +04:00)
Prezident: "Azərbaycan gənc, sağlam və vətənpərvər gənc nəslə ehtiyac duyur"

Azərbaycan, Bakı /müx. Trend S.Ağayeva/ Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü ölkənin şimal-qərb bölgəsinə səfəri çərçivəsində Qazax rayonundakı Olimpiya kompleksinin açılışında iştirak edib. Kompleksin açılışında çıxış edən prezident Əliyev bildirib ki, bu cür obyektlərin inşasında məqsəd ölkədə sağlam gənc nəsil yetişdirməkdir.

"Azərbaycan hərbi vəziyyətdədir və işğal altında olan torpaqların azad olunması üçün gənc, sağlam və vətənpərvər gənc nəslə ehtiyac duyur" - deyə prezident qeyd edib.

Əliyev bildirib ki, bu, Azərbaycanda istifadəyə verilən sayca on birinci Olimpiya kompleksidir. Onun sözlərinə görə, daha iyirmi kompleks tikilir və tikiləcək.

Ölkə başçısı onu da xatırladıb ki, Azərbaycan 2016-cı il yay Olimpiya oyunlarının Bakıda keçirilməsi üçün müraciət edib. "Bu komplekslər gələcəkdə Azərbaycanda Olimpiya oyunlarının keçirilməsi üçün baza rolunu oynayacaq" - deyə prezident bildirib.

Azərbaycan bölgələrinin sosial-iqtisadi inkişafı prosesinə toxunan Əliyev qeyd edib ki, müvafiq Dövlət Proqramı çərçivəsində Bakı-Qazax magistral yolu inşa ediləcək, Qazaxda Diaqnostika Mərkəzinin tikintisi yekunlaşacaq.

Xəbər lenti

Xəbər lenti