...

Gürcüstanın Marneuli rayonunu Azərbaycanla birləşdirən avtomobil yolunda problemlər yaranıb

Siyasət Materials 30 May 2007 16:11 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Gürcüstanın azərbaycanlılar yaşayan Marneuli rayonunu Azərbaycanla birləşdirən Şulaveri-Qaçağan-Qırmızı körpü avtomobil yolu bərbad vəziyyətə düşdüyündən nəqliyyatın hərəkətində ciddi problemlər yaranıb. Bu barədə Gürcüstan Azərbaycanlılarının Milli Assambleyasının (GAMA) prezidenti Daşqın Gülməmmədov çərşənbə günü məlumat verib.

Gülməmmədov qeyd edib ki, Şulaveri-Qaçağan-Qırmızı körpü avtomobil yolu sonuncu dəfə 1989-cu ildə qəsmən təmir olunub. 1992-ci ildə həmin yolun respublika əhəmiyyətli statusu ləğv edilərək, rayon statusu verilib, yolun maliyyələşdirilməsi isə mərkəzi büdcəyə deyil, rayon büdcəsinə təhkim edilib.

"Hazırda yolun Araplı-Təkəli hissəsi elə bir vəziyyətdədir ki, minik avtomobillərinin hərəkəti qeyri-mümkündür. Yolun belə pis vəziyyətdə olması Marneuli rayonunun cənub hissəsində yaşayan azərbaycanlıların həm Tbilisiyə, həm də Azərbaycana gedib-gəlməsinə problemlər yaradır. Belə vəziyyət eyni zamanda ticarət əlaqələrinə, əhalinin istehsal etdiyi kənd təsərrüfatı məhsullarının bazarlara çıxarılmasına əngəl yaradır"-deyə Gülməmmədov bildirib.

Onun sözlərinə görə, yolun tam rekonstruksiyası üçün minimum 10 milyon dollar tələb olunur. Gürcüstan höküməti isə büdcədə həmin vəsaitin olmadığını əsas gətirərək Şulaver-Qaçağan-Qırmızı körpü avtomobil yolunun rekonstruksiyasını həyata keçirmir.

Xəbər lenti

Xəbər lenti