...

Beynəlxalq Avrasiya Mətbuat Fondu ABŞ Dövlət Departamentinin qrantı ilə minadan xəsarət alanlar üçün treninqlər keçirəcək

Siyasət Materials 31 May 2007 14:50 (UTC +04:00)

Azərbaycan, Bakı/müxbir Trend A.Qasımova/Dünən ABŞ Dövlət Departamentindən alınmış qrant Beynəlxalq Avrasiya Mətbuat Fonduna mina partlayışı nəticəsində xəsarət almışlar üçün treninqlərin keçirilməsi məqsədilə sərhədyanı rayonlarda iki ofisin açılmasına imkan yaradacaq. Bu barədə fondun proqram departamentinin direktoru Rəhman Məmmədov məlumat verib.

Çərşənbə günü ABŞ Dövlət Departamentinin Hərbi-Siyasi Məsələlər Bürosunun Silahlanmanın aradan qaldırılması və ixtisar edilməsi üzrə ofisi Azərbaycanda mina partlayışı qurbanları ilə işlərə yardım və yeni qurbanların sayının azaldılması məqsədilə profilaktik tədbirlərin aparılması üçün 187,084 dollar ayırıb.

"Bu qrantı qazanmaq və təşkilatımızın fəaliyyətini genişləndirmək bizim üçün çox vacib idi. Qrant bizə minadan xəsarət almışları işə cəlb etməyə imkan verəcək" - deyə Məmmədov bildirib.

Beynəlxalq Avrasiya Mətbuat Fondu münaqişələrin qarşısının alınması və onların həlli, Azərbaycanın qaçqın və məcburi köçkünləri haqqında nəşrlərin çap olunması və onların hüquqlarının müdafiəsinin təmin olunması məqsədilə Azərbaycanda 1992-ci ildən fəaliyyət göstərir.

Məmmədovun sözlərinə görə, vəsaitlər minadan xəsarət almışların işləyəcəyi nümayəndəliklərin açılmasına sərf olunacaq. Onlardan on nəfəri artıq treninqlər keçib və hazırda başqalarına tədris etməklə məşğul olacaqlar. Tədbirlərin əsas istiqamətlərini tibb və hüquq sahələrində maarifləndirmə təşkil edir.

Fondun layihələri ölkənin bütün ərazisini əhatə edir. Onların dəyəri çox vaxt 200 000 dolları üstələyir. Təşkilatın illik dövriyyəsi 600 000 dollardır.

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) məlumatına əsasən, Azərbaycanın 400 mln. kvadratmetrdən çox ərazisi minalaşdırılıb və ya orada partlamamış hərbi sursatlar yerləşir. 2001-ci ilin sentyabrından Azərbaycanda 86 mina partlayışı nəticəsində 53 nəfər həlak olub, 122 nəfər müxtəlif xəsarətlər alıb. Bu barədə öncə ANAMA məlumat verib.

Cənubi Qafqazın iki ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiası ilə başlayıb. 1992-ci ildən etibarən Azərbaycanın 20% ərazisi, həmçinin Dağlıq Qarabağ və ona yaxın 7 rayon Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. Hərbi əməliyyatlar dövründə Ermənistan tərəfindən işğal olunmuş, daha sonra Azərbaycan ordusu tərəfindən azad olunmuş Azərbaycan rayonlarının əraziləri minalanmış olaraq qalır.

Xəbər lenti

Xəbər lenti