...

MSK katibi: "Hüseyn Abdullayevin deputat mandatını MSK deyil, məhkəmə ləğv etməlidir"

Siyasət Materials 31 May 2007 16:22 (UTC +04:00)
MSK katibi: "Hüseyn Abdullayevin deputat mandatını MSK deyil, məhkəmə ləğv etməlidir"

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanın millət vəkili Hüseyn Abdullayevin deputat mandatının ləğvi barədə qərarı Mərkəzi Seçki Komissiyası deyil, məhkəmə çıxarmalıdır. Bu barədə MSK-nın katibi Natiq Məmmədov açıqlama verib.

Qeyd edək ki, deputat Hüseyn Abdullayev Səbail rayon məhkəməsinin qərarı ilə şərti olaraq iki il müddətinə azadlıqdan məhrum edilib. Konstitusiyaya görə, barəsində məhkəmə hökmü olan şəxs deputat seçilə və deputat fəaliyyətini davam etdirə bilməz.

Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov cümə axşamı bildirib ki, Abdullayevin deputat mandatını ləğv etmək məhkəmənin və MSK-nın səlahiyyətinə aid məsələdir.

Buna aydınlıq gətirən MSK katibi Məmmədov isə qeyd edib ki, həmin açıqlamada yanlışlığa yol verilib: "Bu, hüquqi məsələdir və diqqətsizliyə yol verilib. Deputat mandatının qüvvədən düşməsi məsələsi Azərbaycanın Konstitutsiyası və Seçki Məcəlləsi ilə tənzimlənir. Əgər deputat özü könüllü şəkildə mandatından imtina etsə, MSK onun mandatının ləğvi barədə qərar çıxara bilər. Həmçinin deputat vəfat etdikdə və digər hallarda MSK buna baxa bilər. Amma Hüseyn Abdullayev cinayət törətməkdə ittiham olunduğuna görə, bu halda mandatın ləğvi məhəkəmə qərarı ilə həyata keçirilməlidir. Əgər məhkəmə bu qərarı çıxarırsa, deputat artıq səlahiyyətlərini itirmiş sayılır"-deyə Məmmədov qeyd edib.

Onun sözlərinə görə, məhkəmə qərarından sonra MSK bu işə heç bir müdafixilə etməməli, hər hansı qərar çıxarmamalıdır.

Xəbər lenti

Xəbər lenti