...

Azərbaycan prezidenti MDB Yəhudi Icmaları Federasiyasının prezidentini qəbul edib

Siyasət Materials 31 May 2007 20:30 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir P.Əmircanov/Azərbaycan prezidenti Ilham Əliyev cümə axşamı MDB Yəhudi Icmaları Federasiyasının prezidenti Lev Levayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Trend xəbər verir.

Görüşdə məmnunluqla vurğulanıb ki, Azərbaycanda tarixən millətlərarası, konfessiyalararası münasibətlər qarşılıqlı hörmət və dostluq əsasında qurulub. Xüsusi qeyd olunub ki, ölkəmizdə milli-dini tolerantlıq yüksək səviyyədədir və bu müsbət ənənə uğurla davam etdirilir. Prezident Ilham Əliyev MDB Yəhudi Icmaları Federasiyası prezidentinin Azərbaycana səfərinin xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına töhfə verəcəyinə ümidvar olduğunu söyləyib.

Xəbər lenti

Xəbər lenti