...

Azərbaycan prezidenti Polşa nazirini qəbul edib

Siyasət Materials 1 İyun 2007 20:43 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir P.Əmircanov/Azərbaycan prezidenti İlham Əliyev cümə günü Polşanın daxili işlər və administrasiya naziri Yanuş Kaçmarekin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Trend xəbər verir.Dövlət başçısı Polşaya sonuncu səfərini və prezident Lex Kaçinski ilə görüşlərini məmnunluqla xatırladaraq bildirib ki, ölkələrimiz arasında münasibətlər dostluq və anlaşma əsasında uğurla davam etdirilir, ölkəmiz regional təhlükəsizliyin təmin olunması işində fəal iştirak edir və bu məsələlər Azərbaycanla Avropa İttifaqı arasında yeni qonşuluq siyasətinə dair fəaliyyət planı çərçivəsində 5 illik tədbirlər planında da öz əksini tapıb. Azərbaycana səfərdən razı qaldığını deyən nazir Yanuş Kaçmarek prezident İlham Əliyevin fəaliyyətini daim maraqla izlədiyini bildirib, Polşa prezidenti Lex Kaçinskinin salamlarını İlham Əliyevə çatdırıb.

Xəbər lenti

Xəbər lenti