Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Bəzi jurnalistlərin xarici ölkələrdən siyasi sığınacaq istəmələri şoudur. Bu barədə Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi, millət vəkili Əli Əhmədov bildirib.
Əhmədov qeyd edib ki, bir sıra beynəlxalq təşkilatların hesabatlarında Azərbaycanın adının mənfi formada hallanmasında bəzi mətbuat orqanlarının rolu var. O vurğulayıb ki, Azərbaycanda bəzi qəzetlər insanlara qarşı mənəvi terror həyata keçirməklə məşğuldurlar: "Bunun qarşısını almaq üçün parlamentin payız sessiyasında "Kütləvi informasiya vasitələri haqqında"
qanuna dəyişiklik edilməlidir. Mən qanuna dəyişiklik edilməsini təklif edəndə heç də söz azadlığını məhdudlaşdırmağı nəzərdə tutmuram. Azərbaycanın kütləvi informasiya vasitələri insan hüquqlarının aliliyi pinsipi əsasında fəaliyyət göstərməlidirlər.
YAP icra katibi bunun təmin olunması üçün parlamentin payız sessiyasında KİV haqqında qanuna dəyişiklik edilməsini təklif edib.