...

Müxalifət partiyası növbəti yürüş-mitinqini təxirə salıb

Siyasət Materials 5 İyun 2007 14:09 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Müsavat Partiyası bu ay növbəti yürüş-mitinq keçirməyəcək. Bu barədə partiyanın mərkəzi icra aparatının rəhbəri Arif Hacılı məlumat verib.

Onun sözlərinə görə, Müsavat Partiyasının Divanı iyunun 12-də keçiriləcək jurnalistlərin mitinqində iştirak etməyə qərar verib. Buna görə də iyunda Müsavatın özünün kütləvi aksiya keçirməməsi qərara alınıb. Hacılının sözlərinə görə, növbəti aylarda yürüş-mitinqin keçirilməsi isə müzakirə olunacaq.

Azərbaycanın siyasi müxalifətini təmsil edən Müsavat Partiyası sosial-iqtidsadi tələblərlə silsilə yürüş-mitinqlər keçirir.

Jurnalistlər isə söz və mətbuat azadlığına qarşı təzyiqlərə, jurnalistlərin həbsinə etiraz olaraq iyunun 12-də mitinq keçirəcəklər. Müsavat da daxil olmaqla, artıq bir sıra partiyalar bu mitinqə qoşulmağa qərar verib.

Müsavat Partiyası 1992-ci ildə yaradılıb. Partiyanın başqanı İsa Qəmbər Azərbaycan parlamentinin eks-spikeri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkilərində prezidentliyə namizəd olub. Partiya beş nəfər deputatla parlamentdə təmsil olunur.

Xəbər lenti

Xəbər lenti