...

Azərbaycanın müxalifət bloku sentyabrda kütləvi aksiyalara başlayacaq

Siyasət Materials 5 İyun 2007 16:19 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan müxalifətini təmsil edən "Azadlıq" siyasi bloku payız mövsümündə kütləvi etiraz aksiyalarına başlayacaq. Bu barədə blokun həmsədri Əli Əliyev çərşənbə axşamı məlumat verib.

Onun sözlərinə görə, blok rəhbərliyi tərəfindən yay mövsümündə kütləvi tədbirlərin keçirilməsi məqsədəuyğun sayılmayıb. Amma "Azadlıq" bloku iyunun 12-də jurnalistlərin mitinqinə dəstək verməyə və orada iştirak etməyə qərar verib.

Blokun həmsədri Əliyevin sözlərinə görə, "Azadlıq" bloku özünün kütləvi tədbirlərini sentyabr, oktyabr aylarında keçirəcək. Blok əsasən, Seçki Məcəlləsi və "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna dəyişikliklər edilməsi tələbləri ilə aksiyalar və müxtəlif formalı tədbirlər keçirəcək.

"Azadlıq" blokunda üç müxalifət partiyası - Azərbaycan Xalq Cəbhəsi (AXCP), Liberal (ALP), Vətəndaş və İnkişaf (VİP) partiyaları təmsil olunur.

Xəbər lenti

Xəbər lenti