...

Milli Məclis Azərbaycanla Tacikistan arasında müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutan sazişləri təsdiq edib

Siyasət Materials 5 İyun 2007 17:06 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında Azərbaycanla Tacikistan arasında müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutan doqquz müqavilə və saziş təsdiq edilib.

Bu sənədlər Azərbaycanla Tacikistan arasında dostluq və əməkdaşlıq haqqında müqavilə, iki ölkə hökumətləri arasında vətəndaşların qarşılıqlı vizasız gediş-gəlişi, investisiyaların təşviqi və qarşılıqlı qorunması, ticarət-iqtisadi əməkdaşlıq, gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım, standartlaşdırma, metrologiya, sertifikatlaşdırma və akkreditasiya sahəsində əməkdaşlıq, dəmiryol nəqliyyatı sahəsində əməkdaşlıq, beynəlxalq avtomobil əlaqələri, hava əlaqəsi sahəsində əməkdaşlığı nəzərdə tutan sazişlərdir.

Milli Məclisin komissiya sədrləri Səməd Seyidov, Ziyad Səmədzadə və Əli Hüseynov bildiriblər ki, bu müqavilələr iki ölkə arasında əlaqələrin genişlənməsinə və inkişafına müsbət təsir göstərəcək.

Xəbər lenti

Xəbər lenti