...

Azərbaycan hökuməti Sloveniyada iqtisadi foruma dəvət olunub

Siyasət Materials 5 İyun 2007 17:51 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir Trend S.Ağayeva/Azərbaycan hökuməti bu ilin avqustunda Sloveniyada keçiriləcək illik iqtisadi foruma dəvət olunub. Sloveniyanın Azərbaycandakı konsulu Borut Mequşarın məlumat verdiyi kimi, dəvətnamə artıq Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevə təqdim olunub.

Forumda Xəzər regionundan Qərbi Avropaya enerji resurslarının çatdırılması məsələlərinin müzakirəsi planlaşdırılır. Foruma dünyanın işgüzar dairələrinin nüfuzlu nümayəndələri, siyasətçilər, region ölkələrinin dövlət və hökumət başçıları dəvət olunub.

Keçən il forumda Azərbaycan prezident İlham Əliyevlə təmsil olunub.

Xəbər lenti

Xəbər lenti