...

Azərbaycanın müdafiə naziri Brüsseldə Qəbələ RSL-dən birgə istifadə məsələsini müzakirə edəcək

Siyasət Materials 11 İyun 2007 16:34 (UTC +04:00)

Azərbaycan, Bakı, /müx. Trend S.Ağayeva/ Qəbələ Radiolokasiya stansiyasından ABŞ və Rusiyanın birgə istifadəsi məsələsi NATO-da müdafiə nazirlərinin "Avrooatlantika əməkdaşlıq Şurası" çərçivəsində keçiriləcək görüşünün müzakirə mövzusuna çevrilə bilər.

"Böyük Səkkizliy"in sammitində RF prezidenti V.Putin ABŞ prezidentinə Rusiyanın Azərbaycanda icarəyə götürdüyü Qəbələ RLS-in istifadəsinə qoşulmağı və Avropada Raket Əleyhinə Müdafiə Sistemini birgə işə salmağı təklifi edib. Vaşinqton Moskvanın təklifini maraqlı adlandırmaqla təmkinlə bu barədə fikir bildirib.

Putin bu yaxınlarda təklifini Azərbaycan prezidenti İlham Əliyevlə müzakirə edib. "Rusiya bizə belə bir təşəbbüslə müraciət etdi ki, onlar ya birgə istifadəni təklif etmək və ya hər hansı formada ABŞ-la müəyyən bir informasiyanı bölüşmək istəyirlər"- deyə Azərbayanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib və həmçinin əlavə edib ki, "Azərbaycanın siyasəti hər zaman milli maraqlara əsaslanır". Onun sözlərinə görə, danışıqların formatı və müddəti hələ müəyyənləşdirilməyib.

"Qəbələ Radiolokasiya stansiyası Azərbaycanın ərazisində yerləşdiyi üçün ölkəmizin danışıqlardan kənarda qalmaması bizim üçün vacibdir və Azərbaycanın razılığı olmadan hər hansı addım atmaq mümün deyil. Biz Rusiya və ABŞ arasında əməkdaşlıq forması seçimində iştirak edəcəyik", -deyə nazir bildirib. Azərbaycanın NATO-dakı daimi nümayəndəliyindən telefonla verilən məlumata görə, 13-14 iyun tarixində Brüsseldə keçiriləcək görüşdə Azərbaycanın müdafiə nazir Səfər Əbiyevin iştirakı planlaşdırılır. Görüşün proqramı və nazirin görüşləri ilə bağlı hazırlıq işləri görülməkdədir.

Xəbər lenti

Xəbər lenti