...

Vitse-spiker: "Müxalifətin fəaliyyətini təmin edəcək ayrıca qanuna ehtiyac yoxdur"

Siyasət Materials 15 İyun 2007 13:44 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Müxalifətin fəaliyyətini təmin edəcək ayrıca qanunun qəbul edilməsinə ehtiyac yoxdur. Bu sözləri hakim Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.

"Müxalifətin fəaliyyəti və ümumiyyətlə siyasi təşkilatların fəaliyyəti ilə bağlı məsələlər digər müvafiq qanunlarda öz əksini tapıb. Onların təkmilləşdirilməsindən söhbət gedirsə, Müsavat deputat qrupunun üzvləri millət vəkili kimi səlahiyyətlərindən istifadə edərək öz təkliflərini verə bilərlər", -deyə vitse-spiker əlavə edib.

Muradova hesab edir ki, Azərbaycanda siyasi fəaliyyətlə məşğul olmaq üçün hər kəsə bərabər şərait yaradılıb: "Kimin bundan necə yararlanması, ümumiyyətlə yararlana bilib-bilməməsi öz problemidir. Azərbaycan hakimiyyəti bu məsələdə fərqli yanaşmanın tərəfdarı deyil".

Müsavat deputat qrupunun üzvləri isə bildiriblər ki, Milli Məclis müxalifətin fəaliyyətini təmin edəcək qanun qəbul etməlidir. Qanunda müxalifət partiyalarının dövlət büdcəsindən maliyyələşməsi və digər məsələlər əks olunmalıdır.

Xəbər lenti

Xəbər lenti