...

Litva prezidenti GUAM-ın qərarını alqışlayır və dəstəkləyir – Valdas Adamkusla müsahibə

Siyasət Materials 18 İyun 2007 15:33 (UTC +04:00)
Litva prezidenti GUAM-ın qərarını alqışlayır və dəstəkləyir – Valdas Adamkusla müsahibə

Azərbaycan, Bakı/ Trend müxbir A.Qasımova/ GUAM dövlət başçılarının 19 iyunda Bakıda keçiriləcək sammiti ərəfəsində Trend in Litva prezidenti Valdas Adamkusla müsahibəsi

- Siz Azərbaycan və Litva arasında siyasi, iqtisadi və mədəni sahələrdəki əlaqələrin hazırkı səviyyəsini necə qiymətləndirirsiniz? Sizin fikrinizcə, bu əməkdaşlığın perspektivləri necədir?

- Litva Cənubi Qafqaz regionuna xüsusi diqqət ayırır. Bir tərəfdən, biz burda Avropa və Avroatlantik qurumar istiqamətində hərəkət üzrə öz təcrübəmizin əksini görürük. Digər tərəfdən, başa düşürük ki, bütün Avropanın təhlükəsizliyi və stabilliyi nöqteyi-nəzərindən bu region çox vacibdir.

Bizim nəzərimizdə Cənubi Qafqaz çiçəklənmə, Avropa istiqamətində yönəlmə və qonşu ölkələrlə yaxşı münasibətlərdən ibarətdir.

Bir müdət öncə Litva Bakıda diplomatik nümayəndəliyini açıb ki, bu da iki ölkə arasında dialoqun intensivləşməsində mühüm addımdır. Mən bilirəm ki, tezliklə Azərbaycan da bunu edəcək və Litvada öz nümayəndəliyini açacaq.

Qarşılıqlı anlaşmadan çıxış edərək etiraf etməliyik ki, Azərbaycan və Litva arasında mədəni, sosial və humanitar əlaqələr daha intensiv və səmərəli olmalıdır.

Biz Azərbaycan tərəfindən Avropa yeni qonşuluğun fəaliyət planının imzalanmasını alqışlayırıq. Bu o deməkdir ki, Avropanın qonşuluq siyasəti regionda praktiki şəkildə fəaliyyət göstərməyə başlayıb və regionda baş verən bütün proseslərdə Avropanın iştirakı qaçılmazdır. Biz hesab edirik ki, bu cür planların uğurla həyata keçirilməsi Azərbaycanın Avropa qurumlarına inteqrasiyasının daha da dərinləşməsinə gətirib çıxaracaq.

- Rəsmi Vilnüsün GUAM-a üzv dövlətlərlə gələcək qarşılıqlı əməkdaşlıq yolları ilə bağlı rəsmi fikri necədi? Bakıda baş tutacaq sammit çərçivəsində Litva GUAM-ın inkişafı ilə bağlı hansı təşəbbüslərlə çıxış edəcək? Sizin fikrinizcə, GUAM ölkəniz üçün nə qədər cəlbedicidir?

- Biz Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovanın demokraianın gücləndirilməsi, stabillik, regionun çiçəklənməsi, bu məqsədlərə nail olmaq üçün onların birgə səylərin koordinasiya olunması üzrə sıx əməkdaşlıq barədə qərarını alqışlayır və dəstəkləyirik.

GUAM ölkələrinin təşəbbüsləri, regional çağırışlar və geniş imkanların həyata keçirilməsi onları həqiqətən də regionun lideri edir. Litva bütün Avropa və özü üçün demokratiyanın gücləndirilməsi, enerji təhlükəsizliyi, nəqliyyat şəbəklərinin inkişafı, "dondurulmuş münaqişəkərin həlli" və s. kimi həyati məsələləri həll edən təşkilatın - GUAM-ın fəaliyyətinə cəlb olunmasını alqışlayır. Bakı sammiti GUAM ölkələri və regionun bu cür inkişafını bölüşən ölkələr arasında gələcək əməkdaşlığı müzakirə etmək için gözəl imkanlar yaradır. Məsələn, Bakı sammitində Polşa nümayəndə heyəti iştirak edəcək və Odessa-Brodı-Plotsk-Qdansk boru kəmərinin gələcək inkişafını müzakirə etmək də mümkün ola bilər. Bu kəmərin davamlı olaraq Azərbaycan nefti ilə təchiz olunması Avropanın enerji təhlükəsizliyində real və əhəmiyyətli məsələ ola bilər.

Bundan əlavə, GUAM-ın fəaliyyəti və bu ölkələrdə isahatların AB və GUAM-ı daha da yaxınlaşdırmasını görmək Litva üçün xoşdur. Litva fəal surətdə çalışır ki, AB GUAM-a üzv dövlətlrin vətəndaşları üçün turizm, biznes və müxtəlif mübadilələr üçün açıq olsun. Sadələşdirilmiş viza rejimi haqqında razılaşma, AB-nin 1 mlrd. dollar dəyərində maliyyə yardımı, kiçik ticarət əngəlləri - bütün bunlar xalq üçün əlavə dividentlər gətirir. GUAM ölkələri fəal surətdə bu prinsipləri inkişaf etdirməlidirlər. Əgər siz vaxtdan istifadə edib islahatlar yolunda qərarlı irəliləsəniz, o zaman AB sizin ölkənizlə, eləcə də GUAM-a üzv digır ölkələrlə öz əlaqələrini artıracaq və dərinləşdirəcək.

Siz bu məsələdə bizim köməyimizə tam arxayın ola bilərsiniz. Bəzi digər ölkələrdə demokratiyanın boğulduğu, insanların öz fikirlərinə görə həbslərə məruz qaldığı bir zamanda demokratiya uğrunda bir təşkilat kimi, GUAM bu məsələ ilə bağlı ümumi bir mövqe müəyyən etməlidir. Mən GUAM-ın bu gün regionun bütün ölkələri üçün nümunə olduğunu söyləməyə şadam.

- Cənubi Qafqazdakı münaqişələrin həlli yollarını sizə necə təsəvvür edirsiniz? Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında Litva nə kimi əlavə yardım göstərə bilər?

- Biz Avropanın təxirə salınmaz məsələrlə bağlı Cənubi Qafqaza daha çox daxil olmasının tərəfdarıyıq. Ilk növbədə, bu, belə deyək "dondurulmuş münaqişələrin" həllini nəzərdə tutur. Bundan irəli gələrək biz anlayırıq ki, münqqişənin həllində beynəlxalq sülhməramlı element mühim hissə ola bilər. Dağlıq Qarabağla bağlı isə biz ümid edirik ki, qısa zamanda kompromis əldə olunacaq. Bir müddət əvvəl Litva parlamenti bizim sühməramlı qüvvələrimizin Cənubi Qafqazda yerləşdirilməsi imkanına razılıq verib. Əgər tərəflərin istəyi olarsa, biz bunu etməyə hazırıq.

Biz həmçinin GUAM daxilindəki "dondurulmuş münaqişlərin" həll olunmasına beynəlxalq ictimaiyyətin, həmçinin BMT-nin cəlb edilməsinin lazımılığını dəstəkləyirik. Bu münaqişələrin həllində əsas güc beynəlxalq ictimaiyyət olmalıdır.

Biz həmçinin münaqişələrin həll olunmasında tərəflər arasındakı birbaşa dialoqu da alqışlayırıq. Belə ki, Dağlıq Qarabağ münaqişəsində məsələnin həlli hər iki tərəfi razı salan kompromis əsasında mümkündür.

Avropa qonşuluq siyasəti birbaşa olaraq münaqişənin həllinə yönəlməsə də, siyasi, sosial, iqtisadi islahatlara əsaslanan uğurlu həyata keçirilməsi şəraitində münaqişənin həll olunmasında uzunsürən effektə malik ola bilər.

Xəbər lenti

Xəbər lenti