...

Azərbaycan prezidenti Xəzər dənizinin çirklənmədən qorunması ilə bağlı sərəncam imzalayıb

Siyasət Materials 20 İyun 2007 20:48 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir P.Əmircanov/ Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü "Xəzər dənizinin çirklənmədən qorunması üzrə bəzi tədbirlər haqqında" sərəncam imzalayıb. Bu barədə Trend xəbər verir.

Xəzərdə Azərbaycan tərəfindən mütəmadi olaraq ekoloji tədbirlər görüldüyünün qeyd olunduğu sərəncamda Bakı şəhərinin Bilgəh-Şüvəlan zonası və Pirallahı adasının sahilboyu zolağında 12 modul tipli təmizləyici qurğunun quraşdırılması nəzərdə tutulur. Bu məqsədlə prezidentin ehtiyat fondundan 3,5 milyon manat vəsait ayrılacaq.

Sərəncamda Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün Nazirlər Kabineti, Ekologiya və Maliyyə nazirliklərinə müvafiq tapşırıqlar verilib.

Xəbər lenti

Xəbər lenti