...

GUAM birliyinə üzv ölkələrin Strasburqda birgə iclası keçirilək

Siyasət Materials 21 İyun 2007 16:48 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ GUAM Birliyinə üzv ölkələrinin (Gürcüstan, Ukranya, Azərbaycan, Moldova) Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətlərinin Strasburqda birgə iclası keçirilək. Bu barədə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov cümə axşamı jurnalistlərə açıqlamasında məlumat verib.

İyunun 25-dən 29-dək AŞPA-nın yay sessiyası keçiriləcək. Səməd Seyidovun sözlərinə görə, müzakirə olunacaq məsələlərdən biri milli azlıqlara münasibətdir. Azərbaycan bu sahədə dünyaya nümunəvi ölkə ola bilər, ona görə də sessiyada bu barədə çıxış etmək fikrindədir.

İkinci mövzu antisemitizm məsələsidir. Seyidov bildirib ki, Azərbaycanda Heydər Əliyev Fondunun dəstəyi ilə yəhudilər üçün məktəblər tikilir, sinaqoqlar fəaliyyət göstərir.

Üçüncü məsələ ölüm hökmünün ləğvi ilə bağlıdır. Hələ indiyədək bir çox Avropa Şurasına üzv ölkələr ölüm hökmünün ləğvi məsələsini müzakirə edirlər, ancaq Azərbaycan isə bunu çoxdan həll edib"-deyə Seyidov qeyd edib.

O, həmçinin bildirib ki, Azərbaycan nümayəndə heyəti həmişə olduğu kimi Qarabağ problemini nəzarətdə saxlamağa çalışacaq. Seyidov qeyd edib ki, Dağlıq Qarabağdakı separatçı rejimin müxtəlif cəhdlərlə sülh danışıqları prosesinə mənfi təsir göstərməyə çalışması ilə bağlı Azərbaycan nümayəndə heyəti AŞPA-nın Dağlıq Qarabağ üzrə Alt Komitəsinə artıq müraciəti edib. Nümayəndə heyəti yenə də bu istiqamətdə addımlar atmaq fikrindədir.

Xəbər lenti

Xəbər lenti