Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Müxalifətyönlü Ümid Partiyası payız mövsümündə qeyri-ənənəvi kütləvi tədbirlər həyata keçirəcək. Bu barədə Ümid Partiyasının sədri İqbal Ağazadə məlumat verib.
Onun sözlərinə görə, partiya yay aylarında kütləvi tədbirlər keçirilməsini təxirə salıb. Ümid Partiyasının sədri yay mövsümündə bölgələrə səfərlər edəcək, vətəndaşlarla görüşlər keçirəcək. Ağazadə artıq Şəki və Sumqayıt şəhərində partiya üzvləri, vətəndaşlarla görüş keçirib, gələn ay daha dörd bölgədə görüşlər planlaşdırır. Ağazadənin bildirdiyinə görə, sentyabrdan isə Ümid Partiyası artıq paytaxtda geniş kütləvi tədbirlərə başlayacaq. Partiya Bakının mərkəzində müxtəlif formalı aksiyalar keçirmək niyyətindədir. Tədbirlər qeyri-ənənəvi, fərqli şəkildə olacaq. Ağazadə bu nümayişlərin detallarını açıqlamaq istəmədi.
Onun sözlərinə görə, mitinqlər izacəli olacaq.