...

Ukrayna səfiri: "GUAM sülhməramlı qüvvələri yaradılacağı təqdirdə qərarlar yalnız BMT-nin icazəsi ilə qəbul olunacaq"

Siyasət Materials 27 İyun 2007 16:54 (UTC +04:00)

GUAM sülhməramlı qüvvələri yaradılsa, qərarlar yalnız BMT-nin icazəsi ilə qəbul ediləcək. Bu barədə jurnalistlərə Ukraynanın Rusiyadakı səfiri Oleq Demin məlumat verib. "Bu, hələ dünyaya gəlməmiş bir məsələ olsa da, bu cür rezonansa səbəb olub" - deyə diplomat vurğulayıb.

Demin qeyd edib ki, GUAM dövlətlərində çox sayda problemlər var, onların arasında ən önəmlisi terrorçuluqdur. "Hələlik bu sülhməramlı qüvvələrin strukturu müəyyənləşdirilməyib, yalnız ideya var. Sülhməramlı qüvvələrin fəaliyyətinin əsas istiqaməti terrorçuluqla mübarizə olacaq" - deyə o bildirib.

Demin həmçinin əlavə edib ki, sülhməramlı qüvvələrin təcrübəsi GUAM-a daxil olan hər bir ölkədə var: "Xüsusən də bu, Ukraynaya aiddir" . ( RBK )

Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın daxil olduğu GUAM 1997-ci ildə Strasburqda Avropa Birliyi ölkələrinin dövlət başçıları sammiti çərçivəsində təsis edilib. 1999-cu ildə bu formata Özbəkistan da qoşulub, lakin 4 ildən sonra buradan çıxıb.

2006-cı ildə GUAM-ın Kiyevdə keçirilən birinci sammitində təşkilatın beynəlxalq quruma çevrilməsi və ona yeni adın verilməsi ilə bağlı qərar qəbul edilib. Hazırda qurum "Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat - GUAM" adlanır.

Xəbər lenti

Xəbər lenti