...

ADP sədri: "Qərbin Azərbaycanda demokratiyanın durumuna hansı prinsiplərlə yanaşdığı bəlli deyil"

Siyasət Materials 9 İyul 2007 15:12 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Beynəlxalq təşkilatların Azərbaycanda gedən proseslərə, demokratiyanın durumuna hansı prinsiplərlə yanaşdığı bəlli deyil. Bu fikirləri Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib.

O qeyd edib ki, Qərbin Azərbaycanda demokratiyanın inkişafına dair səyləri əksinə, anti-demokratik şəaritin yaranmasına, güclənməsinə imkan verib. ADP sədri beynəlxalq qurumların, inkişaf etmiş Qərb dövlətlərinin Azərbaycanla bağlı mövqeyini tənqid edib: "Ya onlar etiraf etməlidirlər ki, Azərbaycandakı indiki durumu, mövcud hakimiyyəti olduğu kimi qəbul edir və dəstəkləyirlər, ya da bildirməlidirlər ki, onların səyləri heç bir nəticə vermir. Əgər beynəlxalq təşkilatlar, Qərb dövlətləri Azərbaycanda demokratiyanın inkişafı üçün düzgün siyasət yeridiblərsə, onda nə üçün demokratiya əldən gedir? Deməli, ya heç bir təsir göstərmirlər, ya onların fəaliyyəti Azərbaycandakı mövcud duruma adekvat deyil" - deyə ADP sədri qeyd edib.

Cəlaloğlu Avropa Şurası Parlament Assambleyasının sədri Rene Van der Lindenin Azərbaycana səfərindən və keçirdiyi çoxsaylı görüşlərdən sonra ölkədə vəziyyətin müsbət istiqamətə dəyişəcəyinə də inanmır: "Beynəlxalq təşkilatların Azərbaycanda demokratiyanın

möhkəmlənməsi üçün atdıqları praktiki addımlar bu sahədəki problemləri aradan qaldırmır".

Sağ təmayüllü, müxalifətyönlü partiya olan ADP 1991-ci ildə Cəlaloğlu tərəfindən təsis edilib. Partiya bu ilin yanvarınadək iqtidara qarşı radikal müxalif mövqedə olub. Yanvarda ADP-nin hakimiyyətlə dialoq qurulması ilə bağlı yeni siyasi kursu qəbul edilib.

Xəbər lenti

Xəbər lenti