Qazaxıstan, Astana /müx. Trend K.Arınova / Trend in Astanadakı xüsusi müxbirinin verdiyi məlumata görə, çərşənbə axşamı Azərbaycanın Qazaxıstandakı səfirliyi Astananın sol sahilindəki diplomatik şəhərcikdə yerləşən yeni binaya köçməsini qeyd edib.
Əvvəllər səfirlk elə həmin yerdə, lakin diplomatik şəhərciyin sonunda kiçik ərazidə yerləşirdi.Yeni binanın sahəsi daha böyükdür (100 kv. metrdən çox) və diplomatik şəhərciyin mərkəzində yerləşir.
Azərbaycan səfirliyindən verilən məlumata görə, əvvəlki binadan köçmələrində əsas səbəb əməkdaş heyətinin böyüməsi, həmçinin iki respublikanın əməkdaşlıq sahəsində əlaqələrinin intensivləşməsi olub. Səfirliyin əlaqə telefonları olduğu kimi qalır.