...

Daxili işlər naziri: "Bakı şəhər Baş Polis İdarəsində çalışan bəzi rəhbərlərin fəaliyyətlərində ciddi nöqsanlar aşkarlanıb"(video)

Siyasət Materials 25 İyul 2007 13:05 (UTC +04:00)
Daxili işlər naziri: "Bakı şəhər Baş Polis İdarəsində çalışan bəzi rəhbərlərin fəaliyyətlərində ciddi nöqsanlar aşkarlanıb"(video)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Bakı şəhər Baş Polis İdarəsinin və onun rayon şöbələrinin fəaliyyəti Daxili İşlər Nazirliyi (DİN) kollegiyasının daim nəzarətindədir. Bu barədə çərşənbə günü birinci yarımilliyin nəticələrinə dair keçirilən kollegiya iclasından öncə mətbuat konfransında daxili işlər naziri Ramil Usubov məlumat verib. Nazirin sözlərinə görə, Bakı polisində yoxlamaların aparılmasında əsas məqsəd onların fəaliyyətində olan nöqsan və qüsurları aşkara çıxarmaq, yaxşı tendensiyaları, nəticələri müəyyənləşdirmək idi. Usubov buna nail olunduğunu və Bakı şəhər Baş Polis İdarəsinin rəhbərliyinin nöqsanlarının göstərildiyini deyib.

"Bir neçə idarə rəhbərlərinin fəaliyyətində ciddi nöqsan və qüsurlar olduğundan, onlar vəzifələrindən uzaqlaşdırılıb. Ancaq bu o demək deyil ki, bu insanlardan daxili işlər orqanlarında istifadə olunmayacaq" - deyə Usubov əlavə edib.

Bakı şəhər Baş Polis İdarəsinin rəisi Məhərrəm Əliyev iyunun sonlarında öz ərizəsi ilə vəzifədən uzaqlaşdırıldıqdan sonra DİN tərəfindən idarədə yoxlama aparılıb. Nazirin iştirakı ilə bir neçə gün öncə Bakı şəhər Baş Polis İdarəsində keçirilən kollegiya iclasında bir neçə idarə rəisi vəzifəsindən uzaqlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti