...

Fransalı ekspert: "Türkiyə ordusu və müxalifəti prezidentin seçilməsinə legitim maneələr yaradılmasında çətinlik çəkəcək"

Siyasət Materials 27 İyul 2007 16:33 (UTC +04:00)
Fransalı ekspert: "Türkiyə ordusu və müxalifəti prezidentin seçilməsinə legitim maneələr yaradılmasında çətinlik çəkəcək"

Fransa, Strasburq / Trend müxbir A.Məhərrəmli / Türkiyə siyasi partiyaların öz mövqelərini bildirdikləri və seçicilərin azad səs verdiyi demokratik bir ölkədir. 22 iyul parlament seçkiləri də seçicilərin yüksək şəkildə iştirakı ilə keçib. Bu fikirləri Fransanın Artua (Artois) Universitetinin alimi, Türkiyə üzrə ekspert Jan-Klod Vere (Jean- Claude Verez) Trend ə müsahibəsində bildirib.

O, Türkiyədəki son seçkiləri şərh edərkən bildirib ki, Ədalət və İnkişaf Partiyasının (AKP) qələbəsi gözlənilən idi. Əldə edilmiş yüksək nəticə və millət vəkillərinin sayı onun üçün daha çox gözlənilən olub.

Ekspert hesab edir ki, bu qələbə bir tərəfdən Türkiyədə iqtisadi sahədə əldə olunmuş uğurlarla, digər tərəfdən isə müxalifətçi Cümhuriyyət Xalq Partiyasının (CHP) AKP-yə əsl alternativ olmaması və xüsusilə alternativ variant təklif edə bilməməsi ilə əlaqədardır: "CHP istər partiyadaxili fəaliyyətində, istərsə də cəmiyyətlə bağlı yeni lahiyələr ortaya qoymalı, öz siyasətində köklü dəyişikliklər etməlidir. Bu partiya eyni zamanda yenidən hakimiyyətə gələ bilməsi üçün ittifaqlar haqqında düşünməlidir"-deyə Vere qeyd edib.

O, şərhində əlavə edib ki, AKP-nin əldə etdiyi qələbəni əsas götürərək, bu partiyanın ölkə prezidentini seçəcəyini söyləmək mümkündür. Əks təqdirdə, hüquqi, konstitusiyaya bağlı maneə tapmaq və ya uydurmaq lazım gələcək...

"Ordu və müxalifət seçkinin nəticələrini inkar etməkdə və həmçinin AKP-nin təqdimatı əsasında prezidentin seçilməsinə legitim maneələrin yaradılmasında çətinliklərlə qarşılaşacaqlar. AKP parlamentdə yerlərin üçdə ikisini əldə etməsə də (2/3 ona Konstitusiyada dəyişiklik etməyə və prezidentliyə öz namizədini seçdirməyə imkan verən saydır), bu partiya parlamentdə ölkə prezidentini seçdirəcək qədər say çoxluğuna malikdir".

AKP başqanı bundan sonra Rəcəb Tayyib Ərdoğanın qarşısında dayanan vəzifələrə toxunarkən ekspert bildirib ki, hakim partiya lideri Avropa İttifaqı haqqında danışılmasını istəməyən öz seçici kütləsini razı salmalıdır. Eyni zamanda İttifaqa üzvlük lahiyəsini cox geçikdirməmək üçün Türkiyənin Aİ qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməlidir: "AKP hökumətinin gələcək illərdə fəaliyyətinin əsas istiqamətləri Aİ-yə üzvlük lahiyəsində, İraq munaqişəsinin həllində irəliləyişə nail olmaq, Kürdüstan məsələsi ilə bağlı təsir imkanlarını artırmaq, ölkədə işsizliyi, cari saldo kəsirini məhdudlaşdıran iqtisadi siyasəti davam etdirmək, eləcə də ölkənin həm Cin tərəfindən toxuculuq-geyim sahəsində, həm də Cənubi Koreya tərəfindən avtomobil sektorunda təhlükəyə məruz qalan rəqabətə davamlılıq qabiliyyətini möhkəmləndirmək məqsədi daşımalıdır. Hesab edirəm ki, yeni hökumətin siyasəti məhz bu istiqamətlərə yönələcək"-deyə Vere açıqlama verib.

Əlavə edib ki, Türkiyə hökuməti Beynəlxalq Valyuta Fondunun (BVF) dəstəyi ilə 2001-ci il böhranından sonra iqtisadi vəziyyəti yaxşılaşdırıb, hökumət bu sahədə K.Derviş tərəfindən başlanmış siyasəti davam etdirib. Buna baxmayaraq, sosial sığorta sistemində, coxsaylı insanın çalışdığı kənd təssərrüfatında islahatların aparılması və təhsil sisteminə böyük diqqətin ayrılması kimi məsələlər hələ öz həllini gözləyir.

Ekspert Türkiyənin yeni formalaşacaq hökumətinin Aİ ilə bağlı siyasətinə dair də proqnozlar verib. O, hesab edlir ki, Türkiyə Aİ-nin təklif etdiyi "İmtiyazlı tərəfdaşlıq" layihəsini qəbul etməyəcək. Verenin fikrincə, Türkiyə xeyli müddətdir apardığı coxsaylı islahatlara görə üzvlük lahiyəsini tələb etməkdə tamamilə haqlıdır: "Əlbəttə, bu istiqamətdə hələ də görüləsi işlər var, lakin Turkiyə gah onu öz sıralarına qəbul etmək üçün real istək göstərən, gah da öz daxili siyasətindəki problemlərdən irəli gələn səbəblərə görə ehtiyatlanan bəzi Avropa ölkələrinin mövqelərindəki bu cür ziddiyətləri "ödəməyə" borclu deyil"-deyə Vere qeyd edib.

Yeni seçilmiş parlamentin Türkiyənin xarici siyasətinə, xüsusilə də İraq məsələsinə təsir imkanlarına gəldikdə, Vere bunu çoz həssas məqam kimi dəyərləndirib. O qeyd edib ki, yeni parlamentdə təmsil olunan üçüncü siyasi qüvvə - qatı millətçi qurum kimi tanınan Milliyyətçi Hərəkat Partiyası (MHP) kürdpərəst Demokrat Toplum Partiyası ilə (DTP) kəskin münasibətlərdədir. Çünki MHP DTP-ni PKK ilə əlaqəli olan partiya hesab edir: "İraq məsələsi yalnız Turkiyəyə aid məsələ deyil. Böyük Britaniyanın xarici işlər naziri bu yaxınlarda Türkiyədə, dolayısı yolla, regionda siyasi sabitliyi saxlamaq üçün bu dövlətlə əməkdaşlığın lazım olduğunu bildirib".

Xəbər lenti

Xəbər lenti