Azərbaycan, Bakı /müx. Trend K.Ramazanova/ Azərbaycan prezidenti İlham Əliyev müsəlman ölkələri arasında əməkdaşlıq və həmrəyliyin tərəfdarıdır. İordaniya KİV-nin verdiyi məlumata görə, bu barədə prezident səfərdə olduğu İordaniyada bəyan edib. "Biz bütün islam ölkələrində sülh və çiçəklənmə görmək, müsəlman ölkələri arasında əməkdaşlıq və həmrəyliyin güclənmsinə öz töhvəmizi vermək istərdik" - deyə Əliyev bildirib.
O həmçinin qeyd edib ki, İraqda və Əfqanıstanda baş verən proseslər Azərbaycanı həqiqətən də maraqlandırır.
"Ərazilərimizin təxminən iyirmi faizi hələ də Ermənistanın işğalı altındadır. Təxminən bir milyon azarbaycanlı məcburi köçkün vəziyyətindədir və bu, bizim və bütün region üçün böyük problemdir" - deyə Əliyev qeyd edib.
O həmçinin qeyd edib ki, İranın nüvə proqramı ilə bağlı vəziyyət sülh yolu ilə həll olunmalıdır.
"Bizim İranla qarşılıqlı hörmətə və bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərinə əsaslanan yaxşı münasibətlərimiz var. İran bizim tərəfdaşımızdır və bizim ölkələrimiz arasında geniş iqtisadi əməkdaşlıq mövcuddur" - deyə Azərbaycan prezidenti bildirib.