...

Azərbaycanın Malayziyadakı yeni səfiri ölkə rəhbərliyinə etimadnaməsini təqdim edib

Siyasət Materials 31 İyul 2007 20:09 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir K.Ramazanova/ Azərbaycanın Malayziyadakı səfiri Tahir Kərimov çərşənbə axşamı öz təyinatı ilə bağlı etimadnaməsini Malayziyanın ali hakimi Sultan Mizan Zeynal Abidinə təqdim edib. Bu barədə Malayziya KİV-i məlumat yayıb.

Mərasimdə həmçinin Malayziya xarici işlər nazirinin müavini Datuk Cozef Salanq və Xarici İşlər Nazirliyinin baş katibi Datuk Rustam Məhəmməd İsa iştirak edib.

Bu vəzifəyə təyin olunana qədər Kərimov Azərbaycanın ABŞ-dakı səfirliyində siyasi məsələlər üzrə məsləhətçi olub.

Azərbaycan Malayziyada bu ildən etibarən səfirlik açıb.

Xəbər lenti

Xəbər lenti