...

Azərbaycanın fövqəladə hallar naziri Belarusa səfər etməyi planlaşdırır

Siyasət Materials 1 Avqust 2007 14:54 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend K.Ramazanova/ Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov Belarusa səfər etməyi planlaşdırır. Bu barədə çərşənbə günü Bakıda Belarus fövqəladə hallar nazirinin birinci müavini Valentin Karpitski məlumat verib.

Onun sözlərinə görə, azərbaycanlı nazirin səfəri avqustda baş tuta bilər. Lakin hələlik konkret tarix bəlli deyil.

Karpitski qeyd edib ki, Azərbaycan tərəfi maraq göstərsə, Belarus qəza-xilasedici və yanğın söndürmə texnikasının gətirilməsi ilə bağlı öz xidmətlərini təklif edə bilər.

Onun dediyinə görə, Azərbaycan mütəxəssislərindən ibarət qrup Belarusa bu ölkənin Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinin öyrənilməsi məqsədi ilə yollanır.

Xəbər lenti

Xəbər lenti