...

Rusiya XİN başçısının müavini və ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

Siyasət Materials 1 Avqust 2007 15:17 (UTC +04:00)
Rusiya XİN başçısının müavini və ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

Azərbaycan, Bakı /müx. Trend S.Ağayeva/ Rusiya xarici işlər nazirinin müavini A.Qruşko və ATƏT-in Minsk qrupunun həmsədrləri Yuri Merzlyakov (Rusiya), Bernard Fasye (Fransa) və Metyu Brayza (ABŞ), habelə ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndəsi Andjey Kasprşik (Polşa) çərşənbə günü Moskvada tematik məsləhətləşmələr keçiriblər.

Rusiya XİN-dən verilən xəbərə görə, söhbət əsnasında ATƏT-in Minsk qrupunun Qarabağ nizamlanması üzrə fəaliyyəti, habelə ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin həllində gələcək səylərinin istiqaməti müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti