...

Tacikistan XİN-in nümayəndə heyəti Azərbaycana səfər edəcək

Siyasət Materials 1 Avqust 2007 16:18 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Ağayeva/ Gələn həftə Tacikistan xarici işlər naziri müavininin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya səfər edəcək. Məqsəd avqustun 13-14-də Tacikistan prezidenti Emomali Rəhmonun Azərbaycana rəsmi səfərinin hazırlığıdır.

Çərşənbə günü Tacikistan XİN-dən telefonla verilən məlumata görə, nümayəndə heyəti azərbaycanlı həmkarları ilə nəzərdə tutulan görüş və danışıqların proqramını razılaşdıracaq, habelə Tacikistan prezidentinin səfəri zamanı imzalanması planlaşdırılan saziş layihələrinin yekun variantını işləyəcəklər.

9 ikitərəfli saziş layihəsi hazırlanıb. Onların müxtəlif sahələri, o cümlədən iqtisadi, maliyyə, mədəniyyət kimi sahələri əhatə edir.

Bu, Rəhmonun Azərbaycan prezidenti İlham Əliyevin martın 15-16-da Azərbaycan-Tacikistan dövlətlərarası münasibətlərinin tarixində ilk dəfə Düşənbəyə etdiyi səfərə cavab səfəri olacaq.

İlham Əliyevin martda Düşənbəyə səfəri zamanı Azərbaycanla Tacikistan arasında dostluq və əməkdaşlıq haqqında saziş imzalanıb. Həmin sazişdə ikitərəfli əlaqələrin ittifaq xarakter daşıması və rəsmi Düşənbənin Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi əks olunub.

Bununla yanaşı daha 10 saziş imzalanıb. Onlar investisiyaların təşviqi, nəqliyyat, turizm, vizasız gediş-gəliş, gömrük və humanitar əməkdaşlıq kimi sahələri tənzimləyir.

Tərəflər həmçinin iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının yaradılması haqda razılığa gəliblər. Bu komissiya müvafiq sazişlərin icrasına nəzarət edəcək.

O zaman həmçinin səfirliklərin açılması, habelə Tacikistan prezidentinin 2007-ci ilin sonuna kimi Azərbaycana səfəri ilə bağlı razılıq əldə olunmuşdur.

Xəbər lenti

Xəbər lenti