...

Respublika Prokurorluğunda gənc hüquqşünasların andiçmə mərasimi keçirilib

Siyasət Materials 3 Avqust 2007 11:29 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Respublika Prokurorluğunda cümə günü prokurorluq orqanlarına vakant yerlərə test imtahanı ilə uğur qazanan 38 gənc hüquqşünasın andiçmə mərasimi keçirilib. Bu barədə Respublika Prokurorluğunun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, and içən gənc prokurorlara müxtəlif yerlərə təyinat verilib.

Respublika Prokurorluğuna işə düzəlmək üçün 538 nəfər işini təqdim edib. Onlardan 25 nəfəri imtahana gəlməyib, 45-i isə həqiqi hərbi xidmətə çağırıldığından imtahanlara qatılmayıb. İmtahanda iştirak edən 468 nəfərdən 38-i gənc hüquqşünas adına layiq görülüb. Test imtahanını beynəlxalq təşkilatlar, Qeyri-Hökumət Təşkilatları (QHT) da müşahidə edib.

Xəbər lenti

Xəbər lenti