Azərbaycan, Bakı / Trend / Azərbaycan prezidenti İlham Əliyevin 6 avqust 2007-ci il tarixli sərəncamı ilə yazıçıların, rəssamların və bəstəkarların yaşlı və gənc nəslinin yaradıcılıq fəaliyyətinin təmin edilməsi məqsədilə xüsusi Fond yaradılacaq.
Prezidentin imzaladığı sənəd xüsusi Fondun dövlət büdcəsi vəsaitləri hesabına formalaşdırılmasını və bu vəsaitlərə Mədəniyyət və Turizm Nazirliyinin mərkəzləşdirilmiş xərclərində nəzarəti nəzərdə tutur. Sənəd il ərzində hər ay yaşlı nəslin nümayəndələrinə 300 manat, yazıçılara, rəssamlara - 50, bəstəkarlara isə - 30 xüsusi təqaüdün verilməsini nəzərdə tutur. Gənc nəsil üçün il ərzində hər ay 200 manat, yazıçılara, rəssamlara - 20, bəstəkarlara isə - 10 xüsusi təqaüdün verilməsi nəzərdə tutulur.