...

Astanada Azərbaycan və Qazaxıstan liderləri arasında aparılan danışıqların yekunu olaraq yeddi sənəd imzalanıb

Siyasət Materials 7 Avqust 2007 19:25 (UTC +04:00)
Astanada  Azərbaycan və Qazaxıstan liderləri arasında aparılan danışıqların yekunu olaraq yeddi sənəd imzalanıb

Qazaxıstan, Astana / Trend müxbir K.Konırova/ Bu gün Astanada Azərbaycan və Qazaxıstan liderləri İlham Əliyev və Nursultan Nazarbayev arasında aparılan danışıqların yekunu olaraq yeddi sənəd imzalanıb. Trend in Astanadakı xüsusi müxbirinin verdiyi məlumata görə, prezidentlərin özü tərəfindən imzalanan əsas sənəd Birgə Bəyannamədir.

Həmçinin Azərbaycan və Qazaxıstan arasında imzalanmış müqaviləyə dəyişikliklər edilməsi və azadlıqdan məhrum edilmiş şəxslərin gələcəkdə cəzalarını çəkmələri üçün təhvil verilməsinə dair protokol imzalanıb. Üçüncü sənəd sənayenin müdafiə sahələrinin müəssisələri arasında istehsal və elmi-texniki əməkdaşlığa dair hökumətlərarası müqavilədir. Qiymətli kağızlar bazarında nəzarət məsələlərinə dair qarşılıqlı anlaşma memorandumu maliyyə bazarının və maliyyə təşkilatlarının tənzimlənməsi və nəzarəti üzrə Qazaxıstan agentlityi və Azərbaycan prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi arasında imzalanıb.

Neft-qaz sahəsində strateji əməkdaşlığa dair əsasnamə isə "KazMunayQaz" SC və Azərbaycan Dövlət Neft Şirkəti arasında imzalanıb. Bu qurumlar arasında həmçinin "Transxəzər" layihəsi ilə bağlı birgə əməkdaşlığa dair memorandum imzalanıb. Son sənəd isə iki ölkənin rəsmi teleradioşirkətləri arasında əməkdaşlığa dair müqavilədir.

Sənədlər Astanada ikigünlük rəsmi səfərdə olan İlham Əliyev və Nursultan Nazarbayev arasında aparılan danışıqların yekunu olaraq imzalanıb. Tərəflər təkbətək formatda, həmçminin hökumət nümayəndələrinin iştirakı ilə geniş formatda danışıqlar aparıblar.

Xəbər lenti

Xəbər lenti