...

Azərbaycan XİN başçısının Vyetnama səfəri hazırlanır

Siyasət Materials 9 Avqust 2007 14:11 (UTC +04:00)
Azərbaycan XİN başçısının Vyetnama səfəri hazırlanır

Azərbaycan, Bakı /müx . Trend S.Ağayeva/ Azərbaycanla Vyetnam arasında əməkdaşlığın inkişaf perspektivləri Azərbaycan XİN başçısı Elmar Məmmədyarovun Xanoya rəsmi səfəri zamanı müzakirə olunacaq. Bu barədə Pekindən telefonla məlumat verən Azərbaycanın Çindəki səfiri Yaşar Əliyev bildirib ki, Məmmədyarov ilin sonuna kimi bu səfəri gerçəkləşdirməyi planlaşdırır.

Səfirin sözlərinə görə, Azərbaycan XİN başçısı Vyetnama səfər etmək dəvətini Vyetnam XİN nümayəndə heyətinin yazda Bakıya səfəri zamanı alıb.

Səfərin hazırlığı ilə bağlı iş iki ölkənin xarici işlər nazirlikləri səviyyəsində aparılır. Əliyevin bildirdiyinə görə, Məmmədyarovun səfəri zamanı imzalanması nəzərdə tutulan ikitərəfli saziş layihələri hazırlanır.

Güman olunur ki, danışıqlar zamanı iki ölkənin xarici siyasəti ilə bağlı məsələlər müzakirə olunacaq, iqtisadi və humanitar əməkdaşlığın inkişaf perspektivəri nəzərdən keçiriləcək.

Səfirin sözlərinə görə, bu il Azərbaycanla Vyetnam arasında diplomatik əlaqələrin qurulmasından 15 il keçir. Bu münasibətlə bir sıra tədbirlər planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti