...

İran prezidenti hesab edir ki, RƏM elementlərinin digər ölkələrin ərazisində yerləşdirilməsi bütövlükdə qitəyə təhlükə törədir

Siyasət Materials 16 Avqust 2007 13:09 (UTC +04:00)
İran prezidenti hesab edir ki, RƏM elementlərinin digər ölkələrin ərazisində yerləşdirilməsi bütövlükdə qitəyə təhlükə törədir

Bəzi böyük dövlətlərin digər ölkələrin ərazisində RƏM elementlərini yerləşdirilməsi bir dövlətə qarşı təhlükələr çərçivəsindən kənara çıxır və bütün qitəyə, o cümlədən, Şanxay Əməkdaşlığı Təşkilatı dövlətlərinə aiddir. İTAR-TASS-ın verdiyi xəbərə görə, bunu bu gün Şanxay Əməkdaşlıq Təşkilatının dövəlt başçıları Şurasının iclasında çıxış edən İran prezidenti Mahmud Əhmədinejad bəyan edib.

"Biz görürük ki, bir böyük dövlətin dünyanın bəzi nöqtələrində RƏM elementlərinin yerləşdirilməsi ilə bağlı hədələri davam edir " deyən İran prezidenti bununla belə, nəzərdə tutduğu ölkənin adını çəkməyib. "Belə niyyətlər bir ölkəyə qarşı təhlükələr çərçivəsindən çıxır. Onlar qitənin vacib hissəsinə, bütövlükdə Asiyaya, Şanxay Əməkdaşlığı Təşkilatının üzvlərinə aiddir " - deyə, o vurğulayıb.

"Təəssüf ki, müasir dünyada bəzi dövlətlər güc və hədə mövqeyindən çıxış etməyə adət ediblər. Bu, dünyanın sülh və təhlükəsizliyə ehtiyac duyduğu bir vaxtda baş verir " - deyə İran lideri bildirib.

Əhmədinejad qeyd edib ki, Şanxay Əməkdaşlığı Təşkilatı bütün xalqların hüquqlarına ədalətli və hörmətə əsaslanan münasibət uğrunda mübarizə aparmaq iqtidarındadır. Onun sözlərinə görə, bu, xüsusən Yaxın Şərq regionuna aiddir: "Burada təcavüz və yeni siyasi xəritələrə məcbur edilməsi cəhdləri oldu. Baxmayaraq ki, bu cəhdlər uğursuzluğa düçar oldular, region xalqları üçün böyük çətinliklər gətirirlər ".

Bununla yanaşı, İran prezidenti əmindir ki, Şanxay Əməkdaşlığı Təşkilatı bəzi böyük dövlətlərin iradələrini qəbul etdirmək, zorakılıq təhlükəllərinin qarşısını almaq iqtidarındadır və dünyada sülh və əminamanlığın bələdçisi olacaq. "Bu məqsədlə Şanxay Əməkdaşlığı Təşkilatının üzvləri arasında regional və dünya siyasəti sahəsində əlaqələrin koordinasiyası və möhkəmləndirilməsi vacibdir. İran qurum üzvləri ilə əməkdaşlığı genişləndirməyə hazırdır " - deyə, o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti