...

Azərbaycanın hakim partiyası bir neçə qanun layihəsi hazırlayıb

Siyasət Materials 17 Avqust 2007 14:38 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə / Hakim Yeni Azərbaycan Partiyası (YAP) Milli Məclisin payız sessiyasında müzakirə olunmaq üçün bir neçə qanun layihəsi hazırlayıb. Bu barədə cümə günü Bakıda YAP icra katibinin müavini, Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvü Siyavuş Novruzov məlumat verib.

Onun sözlərinə görə, qanun layihələri sentyabrın 15-də Milli Məclisin müvafiq komissiyalarına təqdim olunacaq.

"Qanun layihələrini YAP-ın ekspertləri və partiyanın deputatları hazırlayıb və hazırlanan layihələrin sayı 5-6-dır" -deyə Novruzov əlavə edib.

O qeyd edib ki, qanun layihələrini parlamentə təqdim etdikdən sonra onların hansı sahələri əhatə etdiyini açıqlayacaqlar.

YAP 1992-ci ildə Naxçıvanda yaradılıb. 14 ildir ki, hakim partiya olan YAP-ın ilk sədri mərhum eks-prezident Heydər Əliyev olub. Partiyanın hazırkı sədri prezident İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti