...

ADP prezident seçkilərinə qatılacaq

Siyasət Materials 20 Avqust 2007 16:54 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Demokrat Partiyası (ADP) İdarə Heyəti gələn il ölkədə keçiriləcək prezident seçkilərində iştirak etmək barədə qurultayın qərarını təsdiq edib. Bu barəbə bazar etrəsi ADP-dən məlumat verilib.

Partiya İdarə Heyətinin bazar ertəsi keçirilən toplantısında prezident seçkiləri barədə müzakirələr aparılıb. ADP-nin doqquzuncu qurultayının qərarlarına uyğun olaraq, partiyanın seçkidə iştirakı təsdiqlənib. Həmçinin seçkidə iştirak taktikası ilə bağlı yaxın vaxtlarda müzakirələrə başlanması qərara alınıb.

Sağ təmayüllü müxalifətçi partiya olan ADP 1991-ci ildə Sərdar Cəlaloğlu tərəfindən təsis edilib. Partiya bu ilin yanvarınadək iqtidara qarşı radikal müxalif mövqedə olub. Yanvarda ADP-nin hakimiyyətlə dialoq qurulması ilə bağlı yeni siyasi kursu qəbul edilib.

Xəbər lenti

Xəbər lenti