...

Azərbaycanın Böyük Britaniyadakı səfiri geri çağrılıb

Siyasət Materials 20 Avqust 2007 19:46 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə /Azərbaycan prezident İlham Əliyevin bazar ertəsi imzaladığı əsərəncama əsasən, Rafael Tofiq oğlu İbrahimov Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında və eyni zamanda İrlandiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

İbrahimov bu vəzifədə 2001-ci ildən işləyirdi.

Prezidentin digər sərəncamı ilə Fəxrəddin İsa oğlu Qurbanov Azərbaycanın Kanadada fövqəladə və səlahiyyətli səfiri və Beynəlxalq Mülki Aviasiya Təşkilatı yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb və Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Xəbər lenti

Xəbər lenti