...

Məhkəmə müxalifətyönlü partiyanın Dövlət Komitəsinə qarşı şikayətinə baxacaq

Siyasət Materials 24 Avqust 2007 15:29 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Azadlıq Partiyası sədri Əhməd Orucun Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənova qarşı şikayətinə avqustun 31-də Xətai rayon məhkəməsində baxılacaq. Bu barədə cümə günü Trend ə Azadlıq Partiyasının sədri Oruc məlumat verib.

Azadlıq Partiyası qərargahla təmin olunmamasına etiraz olaraq Dövlət Komitəsinin sədrini məhkəməyə verib. Məhkəmədən partiyaya qərargah ayrılması vəzifəsinin Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin üzərinə qoyulması tələb edilir.

Partiya sədrinin sözlərinə görə, ötən ay Azərbaycanda aparılan yeni hakim təyinatlarından sonra iş Xətai rayon məhkəməsinin yeni hakimi Bəhram Şükürovun icraatına verilib.

Müxalifətyönlü Azadlıq Partiyası "Demokratiya Uğrunda İttifaq" adlı blokda təmsil olunur.

Xəbər lenti

Xəbər lenti