...

İranlı hüquqmüdafiəçisi: İnsanlar ölüm hökmünün ləğvini Qurana qarşı çıxmaq kimi qiymətləndirir

Siyasət Materials 28 Avqust 2007 16:31 (UTC +04:00)
İranlı hüquqmüdafiəçisi: İnsanlar ölüm hökmünün ləğvini Qurana qarşı çıxmaq kimi qiymətləndirir

Azərbaycan,Bakı/ " müxbir D.Xatınoğlu/ Ölüm hökmünə məhkum olunmuş 26 İran vətəndaşı beynəlxalq hüquq müdafiəçilərinə müraciət edərək ölkədə kütləvi edamların qarşını almaq üçün sentyabrın 7-də bütün dünyada etiraz aksiyasının keçirilməsini təklif edib.

"Biz sizə bu dəhşətli halın qarşısının alnması üçün müraciət edirik. Edamların qarşısını almaq üçün bütün vasitələrdən istifadə etməyə çağırırıq", - deyə müraciətdə bildirilir.

Məhbuslar onlara tətbiq olunan ədalətsiz mühakimələrdən və ruhi-fiziki işgəncələrdən söz açaraq ölüm hökmününun tədbiqinin yalnız İranda deyil, bütiün dünyada dayandırılmasını tələb ediblər.

Almanyada fəaliyyət göstərən Hüquq müdafiəçisi, Beynəlxalq Edam Əleyhinə Kampaniyanın sədri (International Committee against Execution) Mina Əhədi (Mrs.Ahadi) bazar ertəsi Trend ə bildirib ki, hazırda Evin, Qohərdəşt, Sənəndəc, Urmiya, Təbriz, Nəqədə və digər həbsxanalarda bir çox siyasi və gənc məhbuslar edama məhkum olunub. Onun dediklərinə əsasən, Kerman şəhərində 12 nəfər, Məşhəd şəhərində 20, Kərəc Şəhərində 26 və Təbriz, Tehran və digər şəhərlərdə bir çoxları edam cəzalarının icrasını gözləyir.

Əhədi bildirib ki, keçən ay ərzində 40 nəfər edam olunub, Cəfər Kiyani (Jafar Kiani) adlı bir şəxs isə daşqalaq olunub.

Iranlı Məhbusları Müdafiə Komitəsinin sədri İmadəddin Baqi (Emad-aldin Baghi) bazar ertəsi Tehrandan telefonla Trend ə bildirib ki, İranda ölüm hökmü məsələsi insanların əksəriyyətinin qisas istəyi, digər tərəfdən isə dini faktorla bağlıdır.

"İnsanların əksəriyyəti cinayətkarların edam olunmasını istəyir. Digər tərəfdən, müsəlmanların müqəddəs kitabı "Quran"da qisasla bağlı ayələr var. İnsanlar ölüm hökmünən ləğvini Qurana qarşı çıxmaq kimi qiymətləndirir", - deyə Baqi bildirib.

Buna baxmayaraq iranlı hüquqmüdafiəçisi ölkədə ölüm hökmünün ləğvini mümkün sayır. Onun fikrincə, Quranda elə ayələr var ki, edamla bağlı digər yanaşmanı mümkün edir.

Təbrizin Milli Məclisdə nümayəndəsi Əkbər Ələmi isə bu barədə danışmaqdan imtina etdi.

Xəbər lenti

Xəbər lenti