Azərbaycan, Bakı/ Trend , müxbir S.Ağayeva/ Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Bakının mərkəzində tikilməkdə olan binanın uçması nəticəsində yaralananlara yüksək səviyyəli tibbi yardımın göstərilməsi barədə göstəriş verib.
Avqustun 28-də, çərşənbə axşamı Naxçıvani və Muxtarov küçələrinin kəsişməsində "Mütəfəkkir" şirkətinin tikdiyi 16 mərtəbəli bina uçub. İlkin versiyalara görə, binanın uçmasının səbəbi tikinti zamanı texniki təhlükəsizlik qaydalarının kobud şəkildə pozulması olub. Rəsmi məlumatlara görə, tikintinin qalıqları altından çıxarılan həlak olan insanların sayı 12, yaralıların sayı 4 nəfərdir.
Fonddan bildiriblər ki, xanım Əliyevanın göstərişi ilə fondun əməkdaşları faciəvi hadisə baş verən ilk gündən yarlıların yerləşdirildiyi xəstəxanadadırlar. Fondun əməkdaşları tərəfindən onlara yüksək səviyyəli tibbi yardım və bir xəstəxanadan müasir avadanlıqla təchiz olunmuş digərinə köçürülmə ehtiyacı yaranacağı təqdirdə hər bir kömək göstəriləcək.