...

İranlı politoloq: İran-AEBA arasında əməkdaşlığın indiyədək heç bir şəffaf nəticəsi olmayıb

Siyasət Materials 30 Avqust 2007 19:27 (UTC +04:00)
İranlı politoloq: İran-AEBA arasında əməkdaşlığın indiyədək heç bir şəffaf nəticəsi olmayıb

Azərbaycan, Bakı / Trend , müxbir D.Xatınoğlu/ İranla Atom üzrə beynəlxalq agentlik (AEBA) arasında əməkdaşlığın indiyədək heç bir şəffaf nəticəsi olmayıb, ikitərəfli əməkdaşlığın müsbət nəticələri barədə söhbətlər getsə də, bunların nə olduğu hələlik məlum deyil. Bunu ABŞ-da fəaliyyət göstərən iranlı politoloq Mohsen İbrahimi (Mohsen Ebrahimi) bildirib.

Bazar ertəsi rəsmi Tehranın İranın nüvə proqramları barədə 5 səhifəlik bəyanatı Atom agentliyinin internet saytında yayımlanıb. Agentlik bu bəyanata görə heç bir açıqlama verməyib, öz mövqeyini bildirmədiyinə rəğmən, Fransa xəbər agentliyi naməlum bir şəxsin dilindən, İran-AEBA arasında keçirilən iclasların müsbət nəticələri barədə məlumat verib.

ABŞ-da fəaliyyət gösrərən politoloq və "İnternational" dərgisinin baş redaktoru İbrahimi çərşənbə axşamı telefonla "Trendə" bildirib ki, hazırda İran-AEBA arasında heç bir ciddi və konkret nəticələrin əldə olduğunu görmürük. Yəni, heç bir yeni irəliləyişin şahidi deyilik. Nə AEBA İrandan yeni bir imtiyaz alıb, nə İran AEBA-ya konkret fəaliyyətləri barədə məlumat verib. Politoloq əlavə edib, İran nüvə fəaliyyətlərin keçmiş kimi gizli şəkildə davam etdirir.

"AEBA-nın sədri Əlbəradeinin müavini İranla 3 dəfə müzakirə edib və İran bu müzakirələr barədə bir reportaj hazırlayıb. Agentliyin saytında isə reportaj çap olunub. Ancaq hələlik AEBA-nın özünün dəqiq mövqeyini və nəzərini bilmirik. Bunun isə səbəbi ondan ibarətdir ki, AEBA, Avropa və ABŞ hələlik İrana qarşı ortaq və dəqiq bir qərara gələ bilməyib. AEBA müstəqil bir təşkilat deyil, bəlkə Avropa və Amerikaya bağlıdır. Məncə, ABŞ İraqda sabitliyin bərqərar olması üçün İranın dəstəyinə və əməkdaşlığına ciddi şəkildə ehtiyacı var. Buna görə, hələlik İranla nüvə məsələsi barədə yumşaq davranır" - deyə, iranlı politoloq bildirib.

İbrahimi deyib: "Məncə İran ABŞ-a qarşı durmaqdan vaz keçib, ona müsbət mövqe tutsa, ABŞ-in İranın nüvə proqramları ilə problemi yoxdur. Əsas məsələ İranın ABŞ-a qarşı mövqe tutmasıdır".

Fransa prezidenti Nikola Sarkozi bazar günü növbəti bəyanatında İranın nüvə fəaliyyətini dünyanın ən əsas problemi sesab edərək, bu fəaliyyətlərin qarşısını almağa ciddiyyətlə hazırlaşdığını bildirib.

Xəbər lenti

Xəbər lenti