Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları qəsdən adam öldürmə, quldurluq və qanunsuz silah gəzdirmə maddələri ilə 8 il axtarışda olan cinayətkarı yaxalayıb. Bu barədə şənbə günü DİN-in mətbuat xidmətindən məlumat verilib.
Axtarışda olan Bakı sakini İlqar Novruzov 2000-ci ilədək qüvvədə olan Cinayət Məcəlləsinin 94, 145 və 220-ci (qəsdən adam öldürmə, quldurluq və qanunsuz silah gəzdirmə) maddələri ilə cinayət törədib.
Novruzovun evinə baxış zamanı bir "Makarov" tapançası, bir qumbara, 6 patron və bir patron darağı aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.