...

Conatan Henik: ABŞ hələ Qəbələ RLS-lə bağlı üçtərəfli məsləhətləşmələrin keçirilməsinə razılıq verməyib

Siyasət Materials 1 Sentyabr 2007 14:58 (UTC +04:00)
Conatan Henik: ABŞ hələ Qəbələ RLS-lə bağlı üçtərəfli məsləhətləşmələrin keçirilməsinə razılıq verməyib

Azərbaycan, Bakı / Trend , müxbir S.Ağayeva/ Şənbə günü ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndəsi Conatan Henikin verdiyi məlumata görə, ABŞ hələ sentyabrın 15-də Bakıda Rusiya-ABŞ-Azərbaycan formatında Qəbələ Radiolokasiya Stansiyasının istifadəsi ilə bağlı üçtərəfli məsləhətləşmələrin keçirilməsinə razılıq verməyib.

"Biz sentyabrın 15-i Bakıda üç ölkənin, Azərbaycan, Rusiya və ABŞ-ın ekspertlərinin birgə iş aparacağını gözləyirik. Bu birgə iş Qəbələ RLS-in istifadəsi və raket əleyhinə müdafiə sisteminin tətbiqi ilə bağlı vəziyyətin necə inkişaf edəcəyini göstərəcək" - deyə cümə günü Bakıda Rusiyanın baş nazirin müavini Sergey Narışkin bildirib. O əlavə edib ki, onun Azərbyacan prezidenti İlham Əliyevlə görüşündə məhz bu məsələ müzakirə olunub.

Henikin verdiyi məlumata görə, ABŞ bu məsələ ilə bağlı fikirləşəcək və məsləhətləşmələrin tarixini müəyyənləşdirəcək.

Azərbyacan tərəfi sentyabrın 15-də görüşün keçiri lməsinə razılıq verib.

Bu məsələ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Rusiyanın xarici işlər nazirinin birinci müavini Georq Karasin arasında baş tutan dünənki məsləhətləşmələrdə müzakirə olunub.

Qəbələ RLS hazırda Rusiyanın icarəsindədir. O, sovet dövründə SSRİ-nin raket ədeyhinə müdafiə sisteminin elementlərindən biri kimi tikilib. Radiolokasiya stansiyası 2002-ci ildə 10 il müddətinə Rusiyaya icarəyə verilib. Azərbaycanın müstəqillik əldə etməsindən sonra və RLS-in öz mülkiyyətinə keçməsindən sonra da Rusiya stansiyadan istifadə etməkdə davam edib.

Rusiya prezidenti Vlavdimir Putin iyun ayında ABŞ-a Qəbələ RLS-dən və Armavirdə tikilməkdə olan RLS-i icaryə götürmək və əldə olunan məlumatdan birgə istifadə etməyi təklif edib. Vaşinqton üçün gözlənilməz olan bu addımı Rusiya lideri ABŞ-ın Polşa və Çexiyada raket əleyhinə müdafiə elementləri yerləşdirməkdən imtina etməsi məqsədilə atıb. ABŞ bu təklifdən imtina edib və Şərqi Avropada planlarını həyata keçirmək niyyətinin olduğunu bəyan edib.

Ötən həftə Rusiyanın Kosmik Qüvvələrinin komandanı Vladimir Popovkin bəyan edib ki, onun ölkəsi ölkənin xaricində yerləşən radiolokasiya stansiyalarından imtina etməyə hazırlaşır. Söhbət Ukrayna, Azərbaycan, Qazaxıstan və Belarusiyada yerləşən RLS-lərdən gedir. Vladimir Popovkin əmindir ki, RLS-ləri ölkə xaricində saxlamaq hərbi-siyasi baxımdan düzgün deyil. Generalın fikrincə, hər hansı bir münaqişənin baş qaldırlığı tədqirdə "bu xarici RLS-lərin mövcud olma faktı bizə təzyiq vasitəsi kimi istifadə oluna bilər".

Azərbaycanın prezident apparatının xarici əlaqələr şöbəsinin rəisi Novruz Məmmədovun dünən verdiyi məlumata görə, Rusiyanın Qəbələ RLS-dən istifadə etməkdən imtina etdiyi tədqirdə Azərbaycan heç nə itirmir. "Əgər Rusiya Qəbələ RLS-in istifadəsindən imtina etmək qərarına gəlsə Azərbaycanı altı ay öncədən xəbərdar etməlidir" - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti