...

Avropa Şurasının insan haqları üzrə komissarının Azərbaycana səfəri başlanıb

Siyasət Materials 3 Sentyabr 2007 11:02 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.Ağayeva/Bazar ertəsi Avropa Şurasının insan haqları üzrə komissarıTomas Hammerberqin Azərbaycana səfəri başlanıb.

Səfər çərçivəsində Hammerberqin Azərbaycan prezidenti və nazirləri, hakimlər, qeyri-hökumət təşkilatları və KİV nümayəndələri ilə görüşlər keçirəcəyi planlaşdırılır. Avropa Şurasının komissarı regionlara və həbsxanalara baş çəkəcək.

Səfərin yekunu olaraq Hammerberq Nazirlər Kabinetinə təqdim olunacaq məruzə hazırlayacaq.

Səfər sentyabrın 8-i başa çatacaq.

Xəbər lenti

Xəbər lenti