...

Azərbaycan Prezidenti Aparatının rəhbəri: "MDB ərazisindəki münaqişələr ölkələr arasında münasibətlərin inkişafına mane olur" (video)

Siyasət Materials 6 Sentyabr 2007 10:58 (UTC +04:00)
Azərbaycan Prezidenti Aparatının rəhbəri: "MDB ərazisindəki münaqişələr ölkələr arasında münasibətlərin inkişafına mane olur" (video)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü və qaçqınların öz torpaqlarına qaytarılması çərçivəsində həll olunmalıdır. Bu barədə cümə axşamı Müstəqil Dövlətlər Birliyinin (MDB) Daxili İşlər nazirlərinin Bakıda keçirilən toplantısında Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev məlumat verib.

Çümə axşamı Bakıda MDB Daxili İşlər nazirlərinin toplantısı başlayıb. Quruma sədrlik Qazaxıstandan Azərbaycana keçib. Toplantıda Ermənistan daxili işlər naziri də iştirak edir.

Mehdiyev bildirib ki, MDB ərazisində regional münaqişələr ölkələr arasında münasibətlərin inkişafına mane olur.

"Bu münaqişələrdən biri də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Azərbaycan münaqişənin sülh yolu ilə həllinə tərəfdardır", deyə Mehdiyev bildirib.

Mehdiyev hesab edir ki, terrorizm daha qlobal təhlükə yaradır. MDB Daxili İşlər nazirliklərinin birgə fəaliyyəti nəticəsində regionda təhlküəli cinayətkarlığın üstü açılıb.

Toplantı cümə günü başa çatacaq.

Xəbər lenti

Xəbər lenti