...

Azərbaycanda həbs olunan iranlı məhbusların ekstradisiyası üçün danışıqlara başlanılıb

Siyasət Materials 6 Sentyabr 2007 12:24 (UTC +04:00)
Azərbaycanda həbs olunan iranlı məhbusların ekstradisiyası üçün danışıqlara başlanılıb

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Azərbaycanda həbs olunan iranlı məhbusların ekstradisiyası üçün danışıqlara başlanılıb və müvafiq sənədlər hazırlanır. Bu barədə cümə axşamı Trend ə açıqlamasında Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Zavər Qafarov məlumat verib.

"Azərbaycanda 100-dən artıq İran vətəndaşı olan məhbus var. Onların əksəriyyəti narkotik maddələrin qanunsuz dövriyyəsi ilə bağlı həbs olunublar."- Qafarov bildirib.

İranla Azərbaycan arasında məhbusların ekstradisiyasına dair saziş mövcuddur.

Qafarov deyib ki, Azərbaycanda məhbus olan İran vətəndaşlarının bir qisminin ölkələrinə ekstradisiyası üçün sənədlər yaxın bir həftədə qarşı tərəfə təqdim olunacaq. Ədliyyə Nazirliyinin təmsilçisinin sözlərinə görə, İranda həbs olunan Azərbaycan vətəndaşı yoxdur.

Xəbər lenti

Xəbər lenti