...

İlin sonuna qədər Azərbaycanın Rusiya və Gürcüstanla sərhədlərinin delimitasiyası ilə bağlı danışıqlar baş tutacaq

Siyasət Materials 7 Sentyabr 2007 16:12 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.Ağayeva/ Cümə günü Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovun jurnlistlərə verdiyi məlumata görə, ilin sonuna qədər Azərbaycanın Rusiya və Gürcüstanla dövlət sərhədlərinin delimitasiyası ilə bağlı danışıqların daha bir mərhələsinin keçirilməsi planlaşdırılır.

Onun sözlərinə görə, sərhədlərin delimitasiyası ilə bağlı danışıqlar davam edir və bu istiqamətdə müəyyən inkişaf var. Xələfov məsləhətləşmələrdən sonra danışıqlar prosesində daha böyük uğurlar əldə olunacağına ümid etdiyini bildirib.

Xəbər lenti

Xəbər lenti