...

Azərbaycan və Gürcüstan hərbi əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər

Siyasət Materials 11 Sentyabr 2007 12:47 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.Ağayeva/ Azərbaycan və Gürcüstan arasında hərbi sahədə ikitərəfli əməkdaşlığın perspektivləri sentyabrın 14-16-da Azərbaycan müdafiə nazirinin Gürcüstana rəsmi səfəri çərçivəsində, hər iki ölkənin müdafiə nazirləri Səfər Əbiyev və David Kezeraşvili arsında müzakirə olunacaq.

Əbiyevin səfəri cavab xarakteri daşıyır, belə ki, iyul ayında nazirin gürcü həmkarı Azərbaycana rəsmi səfər etmişdi.

Diplomatik mənbələrdən verilən məlumata görə, görüş zamanı Gürcüstanın hərbi-siyasi rəhbərliyi ilə GUAM-ın sülhməramlı kontingentinin yaradılması, hərbi-texniki və regional təhlükəsizlik sahəsində əməkdaşlıq məsələlərinin müzakirə edilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti