Azərbaycan, Bakı / Trend , müxbir S.Ağayeva/ Çərşənbə günü Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri Hacı Allahşükür Paşazadə İran-Azərbaycan dostluq qrupunun sədri, İranın Azərbaycandakı keçmiş səfiri Əhəd Qəzayi ilə görüşdə bəyan edib ki, Azərbaycan və İran arasında münasibətlər daha yüksək səviyyədə inkişaf etməlidir.
"Mən istərdim ki, bizim ölkələr arsında siysasi sahədə əlaqələr, dini sahədə olduğu kimi , daha yüksək səviyyədə olsun" - deyə o bildirib.
Qəzayi görüş zamanı bildirib ki, bu, İran-Azərbaycan dostluq qrupu üzvlərinin Azərbaycana ilk səfəridir. Onun sözlərinə görə, Azərbaycan və İran dost ölkələrdir, lakin daim iki dövlətin mehriban qonşuluq münasibətlərinə mane olamaq istəyən qüvvələr mövcud olub. Qrupun rəhbəri həmçinin qeyd edib ki, qrupa cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri daxildir və onlar iki ölkənin əlaqələrinin daha da inkişaf etməsi üçün əllərindən gələni edəcəklər.
İran-Azərbaycan dostluq qrupu üzvləri ölkənin dövlət orqanlarında bir sıra görüşlər keçirməyi planlaşdırırlar.