Azərbaycan, Bakı, 12 sentyabr / " , müxbir Vüqar Vüqarlı/
Əməkdar artist Tünzalə Ağayeva dünən axşam Praqadan vətənə qayıdıb. Müğənni orada 8-ci Beynəlxalq musiqi festivalında iştirak edib. " TrendLife"-a verdiyi məlumata görə ,festivalda "Ölkəm" layihəsindən olan kompozisiyalarını ifa edib. "Festivalda mənə 50 dəqiqə vaxt vermişdilər. Və mən həmin layihədən br neçə mahnı ifa etdim. Ertəsi gün isə, Çexiya səfirliyinin köməkliyi ilə, ayrıca konsert proqramı ilə çıxış etdim. Həmin konsertdə müxtəlif ölkələrin diplomatik korpus nümayəndələri də iştirak edirdilər."-deyə müğənni öz təssüratlarını "TrendLife"-la bölüşdü. Onu da qeyd edək ki, festivalda 14 ölkədən musiqiçilər iştirak edirdilər.