...

Natəvan Həbibi azərbaycanlı deyil?

Cəmiyyət Materials 12 Sentyabr 2007 13:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 sentyabr/ Trend , müxbir Fəridə Məhərrəmqızı

Son vaxtlar şou-biznesin gündəmində olan bəzi müğənnilərin reputasiyasına zərbə ola biləcək məlumatlar yayılmaqdadır. Maraqlıdır ki, həmin müğənnilər və onların prodüsserləri tərəfindən şayiə, böhtan adlandırılan məlumatların sonradan doğru olduğu təsdiqlənir. Məsələn, Rəqsanə barədə yayılan xəbərlər kimi.

Mətbuat bu dəfə keçmiş "W-Trio"çu Natəvan Həbibi barədə yeni xəbərlər yayıb. Həmin xəbərdə onun azərbaycanlı olması şübhə altına alınıb. Bildirilib ki, Azərbaycanın şou-biznes aləminə qədəm qoymazdan öncə Türkmənistanda yaşayan Natəvan milliyətcə erməni, əsl soyadı isə Akopyandır. Yayılan məlumata görə, müğənninin hazırda Türkmənistanda yaşayan atası milliyətcə təmiz ermənidir. Hansısa himayədarının köməyilə Bakıya köçən müğənni, burada soyadını dəyişdirərək,Natəvan Həbibi olub. Daha sonra şou-biznes aləminə daxil olan Natəvan populyarlıq qazana bilib.

"TrendLife", məsələnin ciddiliyi və həssaslığını nəzərə alıb, müğənninin özü ilə əlaqə saxlamaq istəsə də, onun yerinə suallarımızı prodüsseri cavablandırdı. Adının Namiq olduğunu deyən prodüsser bildirdi ki, Natəvanın erməni milliyyətindən olmasına dair yayılan məlumatı artıq onlar da eşidiblər. O, həmin xəbərin "Xural" qəzetində dərc olunduğunu bildirdi. Natəvan haqqında yayılan bu məlumatın yalan olduğunu deyən Namiq, müğənninin artıq özünə vəkil tutduğunu və ona böhtan atan qəzeti məhkəməyə verəcəyini bildirdi. Prodüsserin sözlərinə görə, Natəvan haqqında bu məlumat qəzetə, onu istəməyən şəxs tərəfindən ötürülüb: "Biz hazırda araşdırma aparırıq, tezliklə həmin şəxsin adı açıqlanacaq və o da Natəvan tərəfindən məhkəməyə veriləcək".

Xəbər lenti

Xəbər lenti