...

"Pəncərə" jurnalının təqdimatı keçirilib

Cəmiyyət Materials 12 Sentyabr 2007 16:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 sentyabr / "TrendLife" , müxbir Eldar Hüseynzadə/ Yayın əvvəllərində Mədəniyyət və Turizm Nazirliyi "Pəncərə" adlı yeni jurnalın nəşrinə başladı. "TrendLife"ın verdiyi məlumata görə, Azərbaycan Dövlət Filarmoniyasında jurnalın rəsmi təqdimatı təşkil olunub. Yayda mövmüslə əlaqədar olaraq jurnalın təqdimatı təxirə salınmışdı, indi isə tam əksinə, təqdimat üçün əsl vaxtdır. "Pəncərə"ni təbrik etmək üçün çoxlu qonaqlar gəlmişdi. Qonaqların arasında mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, yazıçı və deputat Yusif Səmədoğlu, Bəstəkarlar İttifaqının rəhbəri Firəngiz Əliyeva və başqaları var idi. Jurnalın baş redaktoru isə Günel Anarqızıdır. Sentyabr ayında jurnalın artıq 4-cü nömrəsi çıxıb. "Pəncərə" sırf mədəniyyətdən bəhs edən jurnaldır. Burada mədəniyyət və incəsənət haqqında müsahibələr , məqalələr dərc olunur. Bir sözlə, bu jurnal yerli mədəniyyətin təbliğatı üçün uğurlu layihədir.

Xəbər lenti

Xəbər lenti